Məzmuna keç

Moskva (Almas İldırım)

Vikimənbə saytından
Moskva
Müəllif: Almas İldırım

Orda hürr ölkələri saran zəncirin ucu,
Orda puç Neronların ölüm, qan yayan gücü.
Aldanıb tuzağına düşən hər diyar bilir,
Orağı insan biçər, çəkici öldürücü.
Kremlin… onu sorun tarixin yarpağına,
Qaç milyon insan qanı çilənmiş torpağına?
İçdikcə qan istiyor, içdikcə quduzlanır
Diqqət! Dörd bir tərəfi hörülü insan ağına.
Orda Dəli Petronun hirsi var, əməli var,
Orda sosialistliyin ruslaşan təməli var.
Nerdə bir canavarlıq, bir cinayət çıxarsa,
Orda barbar, kommunist Moskvanın əli var.
Moskva, bir cənnət о sərsəri bir yığına,
Korlar ancaq о qızıl məzhəbaya sığına
Saçdığı vəhşətlərin qurbanıdır bu kürə,
Tanrı belə peşmandır onu yaratdığına…

Diqqət! Dörd bir tərəfi hörülü insan ağına