Növhə min kəlami-Fəna
| Növhə min kəlami-Fəna Müəllif: Xurşidbanu Natəvan |
| Mənbə: Xurşidbanu Natəvan. "Gül dəftəri". Bakı: "Elm və təhsil", 2024, 208 s. |
Sərçeşməyi-çeşmimdə bitən nuki-qələmdir,
Rüxsareyi-zərdimdə vərəq dəftəri-qəmdir.
Bu mərdüməki-didə müdavim müjə sansa,
Yüzsəfhəsi də əşki-rəvanımda rəqəmdir.
Şahi-şühəda tasımıdırxuni-cigərdən
Yüzseydi rəvan getsə güzarun hələ kəmdir.
Yalquz demək olmaz bu şəhə, çoxdu pənahı,
Ətrafı həman ləşkəri-qəm,xeylü həşəmdir.
Canan deyübən canı fəda etməmək olmaz,
Can bəzl eləmək şiveyi-ərbabi-kərəmdir.
Üşşaqi-Həq etməz həvəsi-dilbəri-dünya,
Bu şahidə kim versə könül, əhli-sənəmdir.
Ta sərvqədi-Əkbəri-nakam yıxılmış,
Bin tiri-bəla köksünə dəgmiş, qədixəmdir.
Bəs noldu Ələmdar, ələm harda qalıb kim,
Ahi-üsəra dəşti-bəla içrə ələmdir?
Bihifz qalub isməti-Kübra təni hicrdə,
Hər yanə sürünmək qəmi-namusi-Həcəmdir.
Yarəb, necə ustaddı ki, öldürdü imamı,
Heç kimsə məgər bilmədi sultani-üməmdir?
Bir qəreyi-abə nə rəvadır qala həsrət,
Ol kimsənə kim, sahibi-sərçeşmə deyəmdir?
Yarəb, səri-kuyində nədir bunca şərafət,
Tərkibi-sərayi yəqin xaki-qədəmdir.
Qan ağla, Fəna, ta olasan çakəri-kəmtər,
Bir dərgəhə kim,xeyli-mələk onda xədəmdir.
Genə məxmur çeşmin hər yanə baxdıqca qan eylər, Dutubdur fitnə dünyanı,xəlayiq əl-aman eylər.
Könülsüz kim, o çeşmi məst olub heç birxəta etməz,
Yəqinimdir, əgər qan etmiş olsa, qanə qan eylər.
Əgər qaşü gözün xişmilə ima eyləsə bir dəm,
Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər.
Nihani baxmağından iztirabi-könlüm əfzundur,
Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər.
Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə,
Bəla sərmənzilində gör nə qafil aşiyan eylər.
Yüzün dövründə zülfün küfrə bənzər, dutmuş imanı,
Həramixeylini kim böylə gəncə pasiban eylər?
Səba zülfün nəsimin gər aparsa vadiyi-Çinə, Xütən səhrasını müşkin edib ənbərfəşan eylər.
Rəqibi görməsün bir nəşə, yarəb, cami-işrətdən,
Ki bəndən bixəbər ol şuxi-məsti sərgiran eylər.
Əgər qəhr aləminə gəlmiş olsa ol məhi-taban,
Nə etsə canə minnət, çünki yari-mehriban eylər.
Deyirlər dərdi-eşqin adəm öldürməz, dürüstdür bu,
Vəleykən ömrlər bən kimizarü Natəvan eylər.
Və digər ərze-səlame-exlasane əz ğole-kateb əl-vərəğe Şeyx Ebrahim, Şeyx Əli, Hoseyn Divani-Zərrin, cənabe-səlalət əl-ətyab valed və cənabe-ağayane-donya və axerət səlam darəm. Xaheş darəm, girəm ke, ərize layeğ nist min heyse-ebarət, əmma be can o del ğəbul fərmayid. Nadide və naşenaxte ərz mikonəm, omid ke rəd nəfərmayid. (İmza)
Tərcüməsi:
Ən səmimisalamlarımı çatdırıram Şeyxİbrahim, Şeyx Əli, Hüseyn Divani-Zərrinə, çox hörmətli bu insanlara, bu dünya və axirət ağalarına salamım var. Xahiş edirəm, mənim ərizəm şanlarına layiqli olmasa da, amma cani-qəlbdən onu qəbul etməyi rica edirəm, onu görməzdən, eşitməzdən gəlməyin. Sizi görmədən, tanımadan mən [cənabınıza] ərz edirəm. Ümid edirəm ki, məni rədd etməzsiniz [məni naümid qaytarmazsınız]. (İmza)