Məzmuna keç

Növheyi-məşi Fəna

Vikimənbə saytından
Növheyi-məşi Fəna
Müəllif: Xurşidbanu Natəvan
Mənbə: Xurşidbanu Natəvan. "Gül dəftəri". Bakı: "Elm və təhsil", 2024, 208 s.


Sərxak bədəni mən kimi səd parə əmoğlu,

Cismi dili-üşşaq kimi yarə əmoğlu

Səndən sora, yarəb, ola viranə zəmanə,

Bin rəxnə düşə çərxi-sitəmkarə, əmoğlu!

Zülfün kimi sərgəştəliğim xəlqə əyandır,

Haşa ola bərxi kimi od arə, əmoğlu!

Çərxin məhü hurində belə kim yoxdu ki bəsdər,

Qanlu başınla həsrət üzzarə əmoğlu!

Rəngü buyindən müzəyyəndir büsati-bəzmi-gül,

Xameyi-nəqqaşi-zibi-gülsitan çəkmiş məgər.

Bu qədər lütfü nəzakət kim sənin hüsnündədir,

Lütfı-təbilə səni ol Natəvan çəkmiş məgər.