Nöycavan

Vikimənbə saytından
Nöycavan
Müəllif: Qul Qaranı
Mənbə: Əli Şamil (2018). Ozan dünyası. №2(30) (az). Bakı. "Elm və təhsil". Yoxlanılıb 2018-12-26.

Gəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,
Həsrətəm didarına, çəkirəm ah nöycavan,
Nə müddətdir yolçusuyam, gözlərəm yollarını,
Axşamlar zarı qıllam, taki sabah nöycavan.

Bad əsdi, gül üzündən qalxdı niqab, ey nigar,
Dağıldı könlüm qübarı, hüsnünə qıldım nəzər,
Məni edib, məbus yaradıb, camalın pərvərdigar,
Saxlasın cümlə bəladan cəni Allah, nöycavan.

Qaranını mehman eylə otağına sazınan,
Üz sürtüb qədəmlərini bus edim peşvaznan.
Soyunub alsan qoynuna aşığı min nazınan,
Açılaydı üstümüzə taki sabah, nöycavan.
Məhəmməd Hüseynqulu oğlunun variantı