Nə bilsün bu eşqi usanlar uyalar
Görünüş
Nə bilsün bu eşqi usanlar uyalar Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Nə bilsün bu eşqi usanlar uyalar,
Ne varsun bu yola azıqsuz yayalar.
Gəlün biz varalum Yusifi görəlüm,
Ki yiizi nurından bin aclar toyalar.
Xərabətilərdən göründi çün kim eşq,
Nedərler bu an, bu rəngi yuyalar?!
Mələklər tağında, sadiqlər bağında,
Əcelsüz nə gün var, ömürlər sayalar.
Biz bizi qoyalum, anlar biz olalum,
Birligi tuyanlar ikilik qoyalar.
Yunus, sən bir olğıl, könüldə sirr olğıl,
Ki dərviş olanlar bu sirdən tuyalar.