Məzmuna keç

Nə olurdu

Vikimənbə saytından
Nə olurdu
Müəllif: Almas İldırım

Nə olurdu kor olsaydım, görməsəydim əzəldən,
Görməsəydim о doğduğum dərələri, dağları,
Almasaydım ilhamımı о talesiz gözəldən,
Gözlərimdə qalmasaydı göy Şüvəlan bağları…
Nə olurdu, göz açarkən Quzğunumun dibində
Mən kəndimə yosunlanmış, dilsiz bir daş bulaydım,
Çomağıyla sürü güdən bir çobanın önündə
Yar yolunda kəsiləcək bir qurbanlıq olaydım…
Mən nə bilim bu qürbətin çəkilməyən nazı var?
Qəmlərini yaza-yaza ömür keçdi, gün bitdi,
Mən dərdi yох edəm derkən, dərdim məni əritdi…
Vurma, könül, vurma, əlbət bu qışın bir yazı var,
Bu qara gün keçicidir, bir gün bitər, inləmə,
Bağçamızda sarı bülbül yenə ötər, inləmə.