Nə seçsin müştəhid, nə bilsin alim
Jump to navigation
Jump to search
Nə seçsin müştəhid, nə bilsin alim Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı (2011). Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi (az). Azərnəşr. Yoxlanılıb 2018-08-06. |
İstərəm mən bir söz bünyad eyliyəm,
Şahım, sana məlum olsun kamalım.
İyirmi səkkiz hərf heca eyliyəm,
Nə seçsin müştəhid, nə bilsin alim.
Mən həriflərdən evlər yaradaram,
Göyərəndə şir olsa da basaram.
Boş gövtara haçan qulaq asaram?
Dəryayi ümmana mən bir misalim.
Leyliyə fərzəndəm, Məcnuna qardaş,
Şirinə həmtayəm, Fərhada yoldaş.
Adım Xəstə Qasım, yerim Tikmədaş,
Əslində şahzadə, məlum məhalim.