Nədir eşqindən özgə canım ey dust

Vikimənbə saytından
Dust
Müəllif: Şeyx İbrahim Gülşəni


Nədir eşqindən özgə canım ey dust
Odur can ilə çün cananım,ey dust

Könül misrində Yusifdən əzizim
Sənin sevgin imiş sultanım,ey dust

Saçın küfrün görən iman üzündən
Bilir ol küfr ilə imanım,ey dust

Qiyamət vəchin imiş zahir oldu
Günəşdən aləmə bürhanım,ey dust

Bu gün yüzün görüb,danla deməzəm
Çü danladır bu gün durağum,ey dust

Xəlayiq həşrin istər nəşr içində
Qiyamətdən görəməz şanım,ey dust

Dəvasız dərdın içün Gülşəni der
Nədir can,vermədin dərmanım,ey dust