Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/158-ci xütbə

Vikimənbə saytından
157-ci xütbə Nəhcül-bəlağə. 158-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
159-cu xütbə


İmam Əli əleyhis-salamın (camaatla mehribanlıq və ünsiyyət barədə buyurduğu) xütbələrindəndir. Mən sizlər üçün yaxşı yoldaş və tərəf müqabili olub sizi öz səylərimlə arxadan qorudum. (Gələcək pozğunluqdan və hadisələrdən xəbərdar etdim ki, özünüzü onlara düçar etməyəsiniz.) Sizləri zillət, xarlıq kəndirlərindən və zülm, sitəm zəncirlərindən (çirkin olmaqdan) xilas etdim. Bu (sizlərin etdiyiniz) az sayda yaxşılıqların müqabilində təşəkkür etdiyimə, mənim yanımda törətdiyiniz və gözlərimlə gördüyüm çoxlu çirkin işlərinizə göz yummağıma görədir.