Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/218-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
217-ci xütbə Nəhcül-bəlağə. 218-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
219-cu xütbə


İmam Əli əleyhis-salamın (Allahın mədhi və əfv edilərək bağışlanma istəmək barəsindəki) dualarındandır. Allahım, Sən öz dostlarınla bütün dostlardan çox dostsan və onların Sənə təvəkkül etdikləri işlərinin islah edilməsinə onların özlərindən də hazırsan (hər bir şeyə qadir olduğun üçün istəyən kimi hər bir işi görürsən). Batinlərini görür, düşüncələrindən xəbərdarsan və gözüaçıqlıq və ağıllarının miqdarını bilirsən. Beləliklə, onların sirləri Sənin yanında aşkardır və qəlbləri Sənə doğru yönəlib. Tənhalıq onları vahiməyə salanda Sənin zikrin onlarla ünsiyyətdə olur, qəm-qüssə onlara qalib gələndə Sənə pənah aparmağa sığınırlar. Çünki bilirlər ki, işlərin sükanı Sənin (qüdrət və qüvvət) əlindədir və onların mənşəyi Sənin qəzavü-qədərindir. Allahım, əgər nə istəyəcəyimi bilməsəm və öz istəyimdə çaş-baş qalsam, məni xeyrim olan şeyə yönəlt və qəlbimi xeyir və yaxşılığım olan şeyə tərəf döndər ki, əgər məni istiqamətləndirsən, bu Sənin hidayət etmələrinin münasib olmayanı və istəkləri rəva etməklərinin qəribə və təəccüblüsü deyil. (Çünki Sən hidayət edən və istəkləri rəva edənsən.) Allahım, mənimlə ədalətinlə deyil, əfv və bağışlamanla davran. (Çünki ədalətlə rəftar etmək cəzalanmağıma və çətinliyə düşməyimə səbəb olar.)