Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/29-cu məktub

Vikimənbə saytından
Jump to navigation Jump to search
28-ci məktub Nəhcül-bəlağə. 29-cu məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
30-cu məktub


İmam Əli əleyhis-salamın Bəsrə əhlinə olan məktublarındandır (ki, onda Bəsrə əhalisini onların çirkin əməllərindən keçdiyinə ümidvar edib və itaətsizlik etməkdən qorxudub). (Azğınların ardınca getmək nəticəsində) ipinizin qırılması (əhd-peymanı pozmaq), düşmənçilik və müxalifət etməyiniz (nalayiq işləriniz) nadan və xəbərsiz olduğunuz məsələlərdən deyildi. Amma mən sizin günahkarınızı bağışladım, qılıncı üz çevirib qaçanınızdan saxladım, üz tutanınızı (qayıdanınızı) qəbul etdim. Lakin bundan sonra əgər haqqa zidd pozğunçuluq və səhv düşüncələr sizi mənimlə düşmənçilik və müxalifətə sövq etsə, bilin ki, öz atlarını yaxına gətirərək öz minik dəvəsinə palan qoyan mən olacağam. Əgər məni özünüzə tərəf gəlməyə məcbur etsəniz, sizinlə elə döyüşə başlayacağam ki, Cəməl müharibəsi onun yanında (qazan dibi) yalayanın (qazanın dibini) yalaması kimi olsun. Hərçənd ki, sizə tabe olanın fəzilət və böyüklüyü və (sizə, mənə qarşı çıxmamaq barəsində) öyüd-nəsihət verənin haqqından da xəbərdaram. Eyni zamanda günahsıza vurulmuş töhmətdən və vəfalıya qarşı peymanını pozandan da keçməyəcəyəm. (Müharibə zamanı haqq ilə batili bir-birinə qatışdırmayacaq, kimin öldürülməli və kimin buraxılmalı, kimin cəzasına çatdırılmalı və kimin mükafatlandırılmalı olmasını yaxşı bilirəm.)