Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/40-cı məktub

Vikimənbə saytından
39-cu məktub Nəhcül-bəlağə. 40-cı məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
41-ci məktub


İmam Əli əleyhis-salamın məmurlarından birinə yazdığı məktublarındandır (ki, onda onu əyriliyinə görə məzəmmət edib və hesabat verməsini tələb edib). Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənə səndən bir iş barəsində xəbər çatıb ki, əgər onu etmisənsə Rəbbini qəzəbə gətirmiş, imamına qarşı itaətsizlik etmiş və əmanətini xar etmisən. (Öz işində xəyanət etmisən və artıq, hakimlik ləyaqətini itirmisən.) Mənə (xəbər) çatıb ki, sən yeri silib-süpürmüsən. (Ağac və əkinəcəklərin məhsullarını özün üçün götürmüsən və rəiyyətə bir şey verməmisən.) Sonra ayaqlarının altında olan hər bir şeyi götürmüsən və əllərində olanı yemisən. (Beytülmalın mallarını götürüb özün üçün yığmısan.) İndi öz (mədaxil və məxaricinin) hesabını mənə göndər və bil ki, Allahın (qiyamət günündəki) hesabatı xalqın hesab-kitabından daha böyükdür. Salama layiq kimsəyə salam olsun!