Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/44-cü məktub

Vikimənbə saytından
Jump to navigation Jump to search
43-cü məktub Nəhcül-bəlağə. 44-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
45-ci məktub


İmam Əli əleyhis-salamın, Müaviyənin Ziyad ibn Əbihə məktub yazaraq onu (qardaş olmaları hiyləsi ilə) özünə birləşdirməklə aldatmaq istəməsini eşidərkən, Ziyada yazdığı məktublardandır. Xəbərdar oldum ki, Müaviyə sənə məktub yazaraq qəlbini (xoşbəxtlik yolundan) sapdırmaq və sənin itilik və çevikliyinə (zirəkliyinə) nüfuz etmək istəyir. Buna görə də ondan çəkinərək qorx. Çünki o, insanın qabaq və arxasından, sağ və solundan gələn və sonda birdən onun qəflət və nadanlıq anında nüfuz edərək ağlını oğurlayan (və dünyada məəttəlçilik və sərgərdanlığa, axirətdə isə əbədi əzaba düçar edən) bir şeytandır. Ömər ibn Xəttabın xilafəti zamanında Əbu Süfyandan nəfsi istəklər və şeytanın vəsvəsələri nəticəsində ölçülməmiş bir söz çıxdı. (Əmr ibn Asa belə dedi: Bu mənim onun anası ilə olan zinamın nəticəsidir.) Bu sözü deməklə nəsəb sübut olmur və onunla heç kəs irs aparmağa layiq olmur. (O Həzrət buyurur ki:) Belə səhv sözə ürək bağlayan şəxs dəvət edilmədən özünü şərab içənlərin içinə soxan və onların, hey rədd edərək uzaqlaşdırdıqları adama və (yük daşıyanın üstündən asılan və) qərar tutmayıb yellənən taxta kasaya bənzəyir. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Ziyad o Həzrətin məktubunu oxuyandan sonra belə dedi: «Kə’bənin Rəbbinə and olsun ki, Əbu Süfyan deyilənlərə şəhadət verib». (Bu məsələ) həmişə onun nəzərində idi və nəhayət, Müaviyə onu çağırdı (və Ziyad da ona qoşuldu). İmam əleyhis-salamın kəlamında işlədilmiş «الواغِل» «əl-vağil» kəlməsi o adama deyilir ki, o həmişə özünü şərab içənlərin arasına soxub onlarla içib onlardan sayılmamaq istəyir və buna görə də onu qovaraq öz aralarına girməsinə mane olurlar. «النَّوْطُ الْمُذَبْذَبُ» «ən-nautul-muzəbzəb» birləşməsi isə taxta kasa, qədəh və buna bənzər şeyə deyilir ki, miniyin üstündəki yükdən asılır və yükün üstündə adam olanda və miniyi möhkəm sürəndə dayanmadan yellənir.