Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/49-cu məktub

Vikimənbə saytından
Jump to navigation Jump to search
48-ci məktub Nəhcül-bəlağə. 49-cu məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
50-ci məktub


Bu da imam Əli əleyhis-salamın Müaviyəyə (öyüd-nəsihət verdiyi) məktublarındandır. Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: dünya (insan üçün) baş qatmaq və ondan başqasından (axirətdən) saxlamaq yeridir. Dünyatələb dünya malından bəhrələndikcə ona olan vurğunluq və hərisliyi də mütləq artacaqdır. (O, bir şey əldə edəndə ondan bəhrələnməmiş daha çoxunu arzulayar.) Dünyatələbi, heç vaxt onda tapdığı (dünya malı) əldə etmədiyindən (axirət nemətlərindən) ehtiyacsız etməyəcək. Halbuki topladıqdan sonra ondan ayrılmaq, möhkəmləndirməsindən sonra isə məğlubiyyət və bir-birinə vurmaq mövcuddur. Əgər (öz ömründən və ya zamanın hadisələrindən) keçənlərdən ibrət alsan, qalanında özünü saxlayaraq bəhrələnəcəksən. Salama layiq kimsəyə salam olsun!