Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/50-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
49-cu xütbə Nəhcül-bəlağə. 50-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
51-ci xütbə


İmam Əli əleyhis-salamın (fitnə-fəsadın səbəblərinin izahı haqqında) xütbələrindəndir. (Camaat arasında) fitnə-fəsadın mənşəyi nəfsi istəklərə tabe olmaqda və şəriətə zidd çıxarılmış hökmlərdədir. Allahın kitabı (Qur’ani-Kərim) belə istək və hökmlərin əleyhinə olmuşdur. (Eyni zamanda fitnə-fəsad vasitələrindən biri də budur ki,) camaatın bir hissəsi dinə zidd istək və hökmlərdə başqalarına yardım edir, onların ardınca gedir. (Haqla batili bir-birinə qatdıqlarına görə fitnə-fəsad yaranır.) Deməli, batil haqqa qarışmasaydı haqqın yolu onu istəyənlərə bağlanmazdı. Haqq batilin içində gizlənməsəydi, düşmənlər (heç vaxt) onun haqqında pis danışa bilməzdilər. Lakin bir hissə haqdan, bir hissə isə batildən qarışdığına görə şeytan öz dostlarına hakim kəsilir. Allahın lütfünə şamil olan insanlar isə (şeytanın azğınlığından) xilas olurlar (haqqın batilə qarışmasından şübhəyə düşmürlər).