Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/55-ci xütbə

Vikimənbə saytından
54-cü xütbə Nəhcül-bəlağə. 55-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
56-cı xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Özünün və Həzrət Peyğəmbərin digər səhabələrinin müqəddəs İslam dininə kömək üçün aparılan müharbələrdəki fədakarlığını və dönməzliyini bəyan edərək öz səhabələrini Allah yolunda cihada və düşmənlərlə müharibəyə həvəsləndirir və onların bu işdə süstlüyünü pisləyir.) Biz Allahın peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə olduğumuz vaxt (İslam dininə kömək üçün) öz atalarımızı, övladlarımızı, qardaş və əmilərimizi (döyüşlərdə) öldürürdük. Belə rəftar iman və etiqadımızı çoxaldırdı, itaət yolunu tuturduq və doğru yolda dönməzliyimiz çoxalırdı. Ağrıların yanğısına dözümümüz və düşmənlə cihad yolunda səylərimiz daha da artırdı. (Peyğəmbər dövrünün müharibələrində döyüş üslubu belə idi ki,) bizlərdən biri düşmənlərdən biri ilə bir-birinə hücum edirdi və onlardan biri başqasına ölüm camı ilə doydurana qədər iki erkək heyvan bir-birinin canına düşən kimi bir-birinin üstünə düşürdülər (bir-birini öldürmək qəsdində olurdular). Bəzən biz düşmənə zəfər çalır, bəzən də düşmən bizə qalib gəlirdi. Allah bizim doğruluğumuzu gördüyündən (İslam yolunda hər şeydən keçməyi göstərdik) dəvənin istirahət vaxtı sinə və boynunu yerə qoyduğu tək, İslam möhkəmlənənə (din nizamlanana), öz yerlərində yayılana qədər düşmənlərimizi xar, qələbəni isə bizə nəsib etdi. (İslam düşmənin iztirab və narahatlığından xilas oldu, onun həqiqətləri dünyanın hər yanına yayıldı.) Öz canıma and olsun, əgər (İslam dininə köməkdə) rəftarımız sizin kimi olsaydı, (düşmənlə döyüşdə sizlər tək süstlük və səhlənkarlıq etsəydik) dinin bünövrəsi qoyulmazdı (Allaha iman olmazdı) və iman ağacının budağı göyərməzdi (İslamın qanunları yayılmazdı). And olsun Allaha! Bu (bəyənilməyən) rəftarınıza görə (döyüşdə səhlənkarlığınıza görə, dünyanın dəvəsindən süd əvəzinə) qan sağacaqsınız və ondan sonra (düşmən sizə hakim kəsildikdə) peşman olacaqsınız.