Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/72-ci məktub

Vikimənbə saytından
Jump to navigation Jump to search
71-ci məktub Nəhcül-bəlağə. 72-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
73-cü məktub


İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa (Allah onu bağışlasın) məktublarındandır (ki, onda ona öyüd-nəsihət verir). Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Sən öz əcəlindən qabağa düşə bilməyəcəksən. Sənə çatmayan şey sənin ruzin deyil. (Ölümünün ixtiyarı sənin əlində deyil. Həmçinin sənə çatmayacaq şeyi əldə edə bilməzsən.) Bil ki, ruzigar iki gündür: bir günü sənin xeyrinə, bir günü isə ziyanınadır. Dünya şadlıqların fırlanaraq əldən ələ keçdiyi diyardır. (Hər kəsin öz növbəsi var.) Buna görə də dünyadan sənin xeyrinə olan şey, hətta aciz olsan (başqaları onun qarşısını alsalar) belə, sənə çatacaqdır. Həmçinin (güclü olsan da) onun sənin ziyanına olan şeylərinin qarşısını zor və güc ilə ala bilməzsən.