Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/9-cu xütbə

Vikimənbə saytından
8-ci xütbə Nəhcül-bəlağə. 9-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
10-cu xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Burada Təlhə, Zubeyr və onların Cəməl döyüşündəki yoldaşları pislənilir, qınanır.) İldırım kimi güruldayaraq qorxutdular və şimşək tək çaxaraq yerlərindən qopdular. (Boş sözlərlə, səs-küylə fitnə-fəsad törətdilər və müharibəyə şərait yaratdılar.) Bu coşqu və gurultuya baxmayaraq, döyüş vaxtı aciz və qorxaq idilər. Biz iş görənə qədər səs salıb qorxutmuruq. (Sözlərimiz əməllərimizlə əlaqəlidir) yağmayana qədər sel axıtmırıq.