Məzmuna keç

Nəriman (Almas İldırım)

Vikimənbə saytından
Nəriman
Müəllif: Almas İldırım


Nəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır

Şərqə bir səadət aradığın gün
Nəriman, üyrəyin parçalandımı?
Göz qapaqlarını yumarkən o gün
Dodaqların qoca Şərqi andımı?
Üfüqdən axdınmı, sən də söndünmü?
Sardı olüm rəngi dodaqlarını…
Nəriman, ölürkən heç düşündünmü
Şərqin issız qalan bucaqlarını?
Ah, şimdi ayrıldın, qaldın uzaqda,
Kəsdi aramizı ölüm pərdəsi.
Söylə, gəliyormu sənə torpaqda
Viran Şərq elinin yanıqlı səsi...
Önümüzü kəsən dərəmi, dağmı?
Uçurumlar bizi qorxudacaqmı?
Ətrafımız olsa zalımlar dоlu.
Yenə izləyiriz ğetdiyin yolu.