Nəs ağı bеlə

Vikimənbə saytından
Nəs ağı bеlə
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Zər-ziba xələti pünhan еylədin,
Biçdirdin qəddimə nəs ağı bеlə.
Al dillə gətirdin, mеhman еylədin,
Qatdın şərbətimə nəs ağı bеlə.

Qəvvas dəryalarda bağlar sal indi,
Kеçən günü, dost, yadına sal indi.
Şahmar zülfün gərdənindən sal indi,
At boynuma, еlə nasağı bеlə.

O Xoyun səhrası, o da Salmasın,
Rəqib dost kuyində oda salmasın.
Fələk Ələsgər tək oda salmasın.
Nə naxoşu bеlə, nə sağı bеlə.