Nəsihət

Vikimənbə saytından
Jump to navigation Jump to search
Nəsihət
Müəllif: Şair Məhəmməd
Mənbə: “Ədəbiyyat və incəsənət” qəzeti, №24(1682), 9 iyun 1972. səh.16

Ağaclar bar verən fəsli çəməndə,
Söyüd də boy çəkib yırğalanmasın.
Alar caynağına, parçalar, atar -
Tülkü aslan üstə yorğalanmasın.

Bəz adamın ağlı başda səy olar,
Sənəti hərcayı söyləmək olar.
Dərə xəlvət olsa, tülkü bəy olar,
Şeşəldib quyruğun darğalanmasın.

Ey Məhəmməd, meyil vermə harama,
Naşı təbib neştər vurdu yarama,
Mancanağa yaxşı sarı barama
Sapın hamar çıxsın, sırğalanmasın.