Nəzirə

Vikimənbə saytından
Nəzirə
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Mənim ey naxçıvanlı şairə heyran olan konlüm,
Yazan latayilate matü sərgərdan olan könlüm.

Həya qılma, açıq soylə, cahanda sən görübsənmi
Həmi şair, həmi motla, həmi şeytan olan, könlüm?

O cür şair çıxar mənbərdə her il xalqı süng eylər,
Genə şərm eyloməz, söylor: mənim giryan olan könlüm.

Rəvadır gər desə: ey tııtmayan bir məsləki qaim,
Olub aiudə dünya mahna, xulqan olan köntüm.

Münəzzəh adəmiyyətdən, mübərra hüsnİ-sirətdən,
Kelami ləğv, qövlü hərzəvü bədyan olan könlüm.

Danosbazlıqdan xalqı tovluyub hər şəklə düşməkdə,
Təqəllübde, qərezdə heyrəto şayan olan könlüm.

Orucluqda, məhərrəmdə satan xəz xirqə düşmenə,
O aylardan sora hərrac edib üryan olan könlüm.

Danan “Taza həyat” ın, “İttifaq”ın pullann savsem,
Yazıb “Zənbur”un üstə arizi-divan olan könlüm,

Əger Ölsən də, söz yox ki, Otayh səndən el çəkməz,
Yazar, tənqid edər her feylini insan olan könlüm.

Həmçinin bax[redaktə]

  • Molla Nasrəddin, 14 fevral 1910, N 7