Məzmuna keç

Nəzirə 1

Vikimənbə saytından
Nəzirə 1
Müəllif: Xurşidbanu Natəvan
Mənbə: Xurşidbanu Natəvan. "Gül dəftəri". Bakı: "Elm və təhsil", 2024, 208 s.


Könül der kim o çeşmi məst olub heç bir xəta etməz,

Yəqinimdir, əgər qa etmiş olsa, qanə qan eylər.


Əgər qaşü gözün xişmilə ima eləsə bir dəm,

Könüldə fitnələr peyda olur hər dəm fəğan eylər.


Nihani baxmağından iztirabi-könlüm əfzundur,

Nə cadudur ki, hər dəm kəşfı-əsrari-nihan eylər.


Səba zülfün nəsimin gər aparsa vadiyi-Çinə,

Xütən səhrasını müşkin edər, ənbərfəşan eylər.


Yüzin dövründə zülfün küfrə bənzər, dutmuş islamı,

Hərami xeylini kim böylə gəncə pasiban eylər?


Uçub mürği-dilim qonmuş səri-zülfı-pərişanə,

Bəla sərmənzilində, gör nə qafıl, aşiyan eylər.