Nedelüm bu dünyayı, neyleyüb netmək gərək
Görünüş
Nedelüm bu dünyayı, neyleyüb netmək gərək Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Nedelüm bu dünyayı, neyleyüb netmək gərək?
Daima eşq ətəgin qomayub dutmaq gərək.
Çələbüm bu dünyayı qəhr içün yaratmış,
Gerçəgin gələnlərün qəhrini yutmaq gərək.
Ol yannki yollara anda yoldaş istəyən,
Bu dünyada dostmı qılavuz dutmaq gərək.
Uçmaq, uçmaq dedigün, qulları yeltədigün,
Uçmağun sərmayəsi bir könül utmaq gərək.
Ərənlərün ahına dağ, taş qatlanamadı,
Qalqanı dəmür isə oqlan atmaq gərək.
Yunus, ər nəzərində tazə güllər açılmış,
Gerçək ər bülbül isə nəzərdə ötmək gerek.