Nigar, Çənlibel budu, bu
Görünüş
Nigar, Çənlibel budu, bu Müəllif: Koroğlu |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Çiskinli dağların başı,
Nigar, Çənlibel budu, bu!
İgidlər açar savaşı,
Nigar, Çənlibel budu, bu!
Çəkib bəzirgan soyduğum,
Qəflələri boş qoyduğum,
Paşalar gözü oyduğum,
Nigar, Çənlibel budu, bu!
Xotkarlar bata bilməyən,
Comərdlər tuta bilməyən,
Köksünə yata bilməyən
Nigar, Çənlibel budu, bu!
Ucalardan uca dağı,
Hərgiz gələ bilməz yağı,
Koroğlu tək ər oylağı,
Nigar, Çənlibel budu, bu!