Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar
Görünüş
| Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar Müəllif: Molla Vəli Vidadi |
| Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 48. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url) |
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,
Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.
Nə qəfilsən ki, mütləq ahi-dilsuzim əsər qılmaz,
Sədayi-naləmə aləmdə munca göz-qulaq artar.
Məni gər məst edibsən, saqiya, xoş halim ondandır,
Dolandırdıqca cami-eşq dövründə əyaq artar.
Qərəz cövrin ziyadi-tərki-eşq isə füzun eylə,
Cərahət qalib olduqca təbibə iştiyaq artar.
Vidadi xəstəyəm məşhur halim dövri-hüsnündə
Vəli yüz şükür ki, can əksilir eşqi-məzaq artar.