Od aləm indi
Jump to navigation
Jump to search
Od aləm indi Müəllif: Aşıq Məmmədcəfər |
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11. |
Təmənnah eylədi, günbəgün qalxdı,
Qalxdı, çin-çin oldu, o dalə mindi.
Sevdiciyim, pünhan eylə mah üzün,
Alışır ciyərim od aləm indi.
Səd sinnimi yetirmişəm yüzə mən,
Hərgiz ölməz yar ləbindən yüz əmən,
İstəyirəm qəvvas olub yüzəm mən,
Dürr üçün dəryadan od aləm indi.