Ol bən sevdügüm nigar nedəm ol bəndon fariğ

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ol bən sevdügüm nigar nedəm ol bəndon fariğ
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
0l bən sevdügüm nigar nedəm ol bəndon fariğ,
Nə verüb tcoş görünəm iki cəhandan fariğ.

Kimdən kimə sorayın əhvalum söyləməgə,
Sözüm kimə deyəyin, sözdən, Lisandan fariğ.

Cəhanda kim girişər bu işün arasına?
Ya kim hökm edə bilə sultanü xandan fariğ?!

Gərək müsülman olam, bin yıl ibadət qılam,
Gərəksə kafər olam küfrü imandan fariğ.

Gərəksə əhli-millət fərizəsin bəkləyem,
Gərəksə şöhrət qovam şöhrətli dindən fariğ.

Gərəksə illiyində yüz bin gəz minbər uram,
Gərəksə şİrk bəsləyəm sidqü gümandan fariğ.

Necə ticarət İlə kəsb göstərəm ben ana,
Şöyle qadirdür ol kim sudü ziyandan fariğ.

Necəsi qulliğile sevi biləm ben ana,
Xasü am anı sevər ol həb sevəndən fariğ.

Anun kibi me’şuqe kim könül verdiyisə,
Tərtibdən keçmək gərək ol andan bundan fariğ.

Yunus, sən sevər isən heqiqet me’şuqəyi,
Fariğ ol cümləsindən, kövnü məkandan fariğ.