Məzmuna keç

Ol mişk bu qəzalə ixlasım eylə vazeh

Vikimənbə saytından

Ol mişk bu qəzalə ixlasım eylə vazeh,

Bəlliğ, səba, səlamən miskiyyətər-rəvayeh.[1].

Olğac həbibə vasil, bizdən həm olma qafil,

La təqtəir-rəsail, la təktəmis-sərayeh.[2].

Yüzdə sirişk qani, söylər qəmi-nihani,

Qılır təzhərul-mə’ani bil-xətti fil ləvayeh.[3].

Mən mübtəlayi-hicran, məndən iraq canan,

Vəl-ömrü keyfə ma kan mislur-riyahi rayeh.[4].

Eşqin, Füzuliyi-zar, tərk etmək oldu düşvar

Ya arifən bima sar, la tuksirin-nəsayeh.[5].

  1. Tərcüməsi: Ey səhər yeli, məndən mişk qoxulu salam yetir.
  2. Tərcüməsi: Məktubları məndən kəsmə, əzab-əziyyətlərini gizlətmə!
  3. Tərcüməsi: Mənalar lövhələr üzərində xətt ilə zahir olur.
  4. Tərcüməsi: Ömür nə cür olursa-olsun külək kimi əsib gedəndir.
  5. Tərcüməsi: Ey olan şeyləri bilən, çox nəsihət etmə!