Məzmuna keç

Olaydı (Usta Abdulla)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olaydı
Müəllif: Usta Abdulla
Mənbə:Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 7


A yoldaşlar, a qardaşlar,
Son günümüz ağ olaydı.
Deyib-gülüb danışaydıq,
Damağımız çağ olaydı!

Fələk bir dövran quraydı,
Könlümdən xəbər verəydi.
Məxluqat xoş gün görəydi,
Ürəklər yumşaq olaydı.