Olmasın bir ləhzə kəm, yarəb, başımdan şuri-eşq

Vikimənbə saytından
Olmasın bir ləhzə kəm, yarəb, başımdan şuri-eşq
Müəllif: Məhəmmədəli bəy Məxfi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Olmasın bir ləhzə kəm, yarəb, başımdan şuri-eşq,
Cıxmasın bu mulki-dildən bir zaman qovğayi-eşq.
 
Cəkməz dunya qəmin gər getsə əlindən varu yox,
Cun pənahımdır mənim oluncə mavayi-eşq.
 
Ey konul, bu şovkət dunyası sitəmdir bana,
Rəğbət etməz padşahlar təxtinə şeydayi-eşq.
 
Sanma ey qafil ki, zəhmətdəndir bu zarlıq
Aşikar bir ləzzəti-candır bu ahu vayi-eşq.
 
Bəhri-eşqə, ey konul, gər məb sağini Yunis misal,
Kamə cəkmiş coxların ol mahiye-dəryayi-eşq.
 
Eşq ara məqsuduna, Məxfi, yetərsən, səbr qıl,
Rahbərdir cun sənə bu yolda ol movlayi-eşq.