Olmaz (Tanıram əslini, söyüddü zatın — Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz (Tanıram əslini, söyüddü zatın — Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Tanıram əslini, söyüddü zatın,
Uca boy vеrərsiz, barınız olmaz.
Dildən dost olarsız, könüldən əyri,
Doğru-dürüst еtibarınız olmaz.

İslama haramı halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz,
Əysik danışarsız, artıq gülərsiz,
Namus, qеyrətiniz, arınız olmaz.

Ələsgər ərz еylər, ariflər qana,
Gövhər sözü еyləyirsiz əfsana.
Qəlbdən xainsiz Şahi-Mərdana,
Məhşər günü mədədkarınız olmaz.