Məzmuna keç

Olub (Çorlu Məhəmməd)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olub
Müəllif: Çorlu Məhəmməd

Urusnan erməni tutub işini,
Dağıl belə dünya, kafir baş olub.
Yağılar dağıdır elin malını,
Alosman deyilən dərdə tuş olub.
 
Daha gözüm görmür mərdi, kişini,
Urus buralara töküb qoşunu.
Çoxu loxma tapmır, yeyir beş-onu,
Dünyanı titrədən türk də çaş olub.
 
Çıldır, Axırkələk, Qars əldən gedib,
O şirin söhbətlər, söz dildən gedib,
Nə gedib obadan həm eldən gedib,
Öl, Çorlu Məhəmməd, bağrın daş olub.