Oxşayır
Görünüş
Oxşayır Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Danışdığın peyğəmbərin yoludu,
Tutduğun yol ayrı yola oxşayır.
Tovlamaqda arvadların başını,
Getdiyin yol əyri yola oxşayır.
Söz açırsan Məhəmməddən, Əlidən,
Heç geri qalmazsan amma zəlidən.
Pay umursan qəbrə gedən ölüdən,
İşləklərin tamam ala oxşayır.
Məmmədhüseyn, sidqin düzdü Xudadan,
Haqq özü saxlayır onu qadadan.
Ya şeytansan, ya da şeytan aldadan,
Molla, əkdiyin gül kola oxşayır.