Məzmuna keç

Qılmayan canın fəday ol dilbəri-cananına

Vikimənbə saytından
Qılmayan canın fəday ol dilbəri-cananına
Müəllif: Cahanşah Həqiqi
Mənbə: Najaf A. (2020). Newly discovered poems of Jahanshah Haqiqi, the Ruler of Garagoyunlu state. Teaching of Azerbaijani Language and Literature. V. 263, Issue I, pp. 167–183

Qılmayan canın fəday ol dilbəri-cananına,
Cahili-nadan imişlər rəhm gəlməz canına.

Bilməmiş ki, can nədir, canan nədir, məna nədir,
Bu sözi görən bilür şol Vahidin ərkanına

Piri bil mürşidi bil ərkanı təhqiq eyləgil,
Kim ki, təhqiq etmədi qəsd eylədi imanına.

Bil rəfiqin piridür mürşid mürəbbi yol tariq,
Xalisən məhlus piri bilmiş bular damanına.

Kir-ü isyandan dilərsən gər vücudun pak ola,
Sidq ilə sadiq olur gir tövhidin ümmanına.

Məclisi-irfana varın bəxş edən mərdan olur,
Qıl fəday canın Həqiqi böylə məclis xanına

Aləl-Həqiqi rəhmətullahi