Qısqanıram

Vikimənbə saytından
Jump to navigation Jump to search
Qısqanıram
Müəllif: Aşıq Ömər
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Gəl ey dilbər, qan eyləmə
Səni qandan qısqanıram.
Doğan aydan, əsən yeldən
Səni Gündən qısqanıram.

Təbibim! hirs ilə baxma,
Mən qulun xatirin yıxma.
Yanağına güllər taxma
Səni güldən qısqamram.

Halım bilən haldaşım var,
Yola gedər yoldaşım var,
Beş yaşında qardaşım var,
Səni ondan qısqanıram.

Ömər deyən mən də gəldim,
Tazələndi əski dərdim.
Sən bir quzu, mən bir qurdam
Səni məndən qısqanıram.