Qənim üstə

Vikimənbə saytından
Qənim üstə
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Hay-hay deyib qənim üstə varanda,
Kəllə gərək bu meydanda qalansın,
Mərd iyidlər qovğa günü düşəndə,
Şərab deyin öz qanına yalansın.

Qaldırram meydanın göyə tozunu,
Çıxardaram yamanların gözünü,
Gərək görəm Dünya xanım üzünü,
Ömür təzələnsin, can cilvələnsin.

Koroğluyam, gədikləri pusaram,
Qancığadan qanlı başlar asaram,
Bolu bəy, sənə bir qılıiç basaram,
Bağırsağın cəmdəyinə dolansın.