Qəzəl: Pərvanə
| Qəzəl: Pərvanə Müəllif: Xurşidbanu Natəvan |
| Mənbə: Xurşidbanu Natəvan. "Gül dəftəri". Bakı: "Elm və təhsil", 2024, 208 s. |
Bilüb şəmin vəfasın, cismi-canın atəşə yaxdı,
Qəmi-hicri dəmi-vüslətdə etdi yad pərvanə.
Demə məşuq bipərvadı şəmə kim, məlamətdən
Verüb can sübhədək oldu vəfadən şad pərvanə.
Sana, ey şəm, töhmətlər qalur məşuqələr içrə,
Əgərçi xirmətini-ömrün qalur bərbad, pərvanə.
Görübdür yari əğyarə, oolubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə mənim abad olan könlüm.
Genə, yarəb, nə qəmgindir bənim bu şad olan könlüm?
Rümuzi-eşqdən afəz olub ustad olan könlüm.
Yanubdur Natəvani-xəstə yüz gəz atəşi-qəmdən,
Səbur ol, adət eylə şiveyi-ustad, pərvanə!
Baxun bu Natəvan zarə, güni bəxtim kimi qarə,
Gəzər Məcnuntək avarə mənim naşad olan könlüm.
Niyə peymanədən keçdin, neçün zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdin, bənüm bərbad olan könlüm?
Fəraqın ruzi-məhşərdir, sərasər möhnətü qəmdir,
O zülfın kimi dərhəmdir bənüm azad olan könlüm.