Qəzəl 1
Görünüş
| Qəzəl 8 Aparar?! Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Bizdən canan məclisinə kim xəbər aparar?! Gədanın sözünü sultana kim aparar?!
Cahan gülşənindən könül quşu diltəng olub, Bu quşu cənnət bağına kim aparar?!
Xızır tək əbədi həyat sövdasındayam,
Bu təşnəni dirilik çeşməsinə kim aparar?!
125
Əğyarların sözü ilə yar bizdən bədgüman olub,
Vəfa sözünü söz qanan yara kim aparar?!
Ey badi-səba, bülbülün qissəsini gülə de,
Səndən özgə gülüstana bu xəbəri kim aparar?!
Yəqubun qəlbi ətrindən cana gələr,
Köynəyi Misirdən Kənana kim aparar?!
Qarabağ dilbərlərinin dilbəndi olduq,
Bizdən İsfahana xəbər kim aparar?!
Möhnət səxavətlidir, Səfanın sevgisi bəsdir,
Eşq kitabının şərhini kim başa vurar?!