Qəzəl Yenə
| Qəzəl 4 Səfa, İbrahim Xəlil xan Cavanşirin qızı mərhumə Gövhər Ağanın vəsfinə deyib Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Əgər könlündə gülüstan həvəsi olsa,
O dilbərin küçəsinə həvəs olar.
Bir kəsin astanasında ki, onda,
Bilqeyis tək yüz pasiban olar.
Bilik gövhəri olan Gövhər ağanın,
İnsanlığı və qəlbi vəsfdən uzaqdır.
Onun gülüstan kimi kuyi - küçəsi,
Cənnət bağından daha gözəldir.
Onun qamətinin rəftarı,
Zəmanənin fitnəsidir.
O, düşmənin canını alandır,
O, dostla çox mehribandır.
Mümkün deyil yenidən onun misli,
İki yüz əsr dünyada mövcud olsun.
Allah taleyini Şişədə yaradıbdır,
Onun cənnət dünyasından payı vardır.
Şükr Allaha ki, onun vücudu ilə,
Dövr edən asiman aram olur.
Heç kəs taleyindən (fələkdən) gileyli deyil,
Heç kəs zəmanədən qayğılı deyil.
Gör onun ədaləti necə də,
Bütün ziddlərin ziddinə durubdur.
Gur ilə (maral) şir birgə yatırlar,
Sərçələr qartalla birgə uçurlar.
Əgər dost tərəfə bir nəzər salsa,
Qoca olsa, dərhal cavanlaşar.
Ey qurbanı olduğum, səndən başqa kim,
Canımın, qəlbimin ümidi olar?
Bu bir həqiqətdir, hamı bilir ki,
Bülbülün yeri gülüstan olar.
Gəl saf ürəkli Səfaya bir bax,
Səfadan başqa daha nəyi var?!