Qəzəl Yenə 4
Görünüş
| Qəzəl Yenə 4 Ağlaram Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Gəl, ey yar, novbahar fəslidir,
Hər tərəfdən xoş səsli bülbüllər səslənir.
Bütün dostlar gülşəndə mey içirlər,
Bilmirəm saqi nə işlə məşğuldur?!
Çəmən gəlinləri naz pərdəsində,
Çəmən onların hüsnü ilə gözəlləşibdir.
Hər kəs bir nigarın əlindən tutub,
Bağ və laləzarın seyrinə dalıbdır.
Nigarın vəslindən uzaq olan hər kəsin,
Gülüstan gözündə bir tikanlıqdır.
Gəl, ey xəstə könüllərin dərmanı,
Ki, can ayrılıq dərdindən qəmdədir.
Ayrılıq dərdindən ela ağlaram,
Sanki gözlərim bahar buludu(dur).