Məzmuna keç

Qəzəl Yenə 5

Vikimənbə saytından
Qəzəl Yenə 4 Tapılar
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Gözəllik mülkündə sən tək şah az tapılar,

Hərçənd ki, bu zəmanədə çox gözəllər var.


Əgərçi qapında çox aşiqlərin var,

Mən tək nökər qapında az tapılar.


Bağda çoxlu sərvü çinar olsa da,

Ucalıqda qəddinə çatan olmaz.


Qəm yemə ki, dodaqların ətrafına xətt düşüb,

Çeşmə ətrafında tər çəmən xoş görünər.


Sənin üzünün əksi badəyə düşsə,

Saqinin şərabı bizə başqa nə’şə verər.


Saqi, gəl ki, bağü bahar mövsümü oldu,

Gül fəslində şərab daha xoşdur.


Ey göz yaşım, rüsvalığıma bais sənsən,

İndi Səfanın sirri hər ölkəyə düşdu.