Qaçqını

Vikimənbə saytından
Qaçqını
Müəllif: Yaqub Mustafa oğlu
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Şikayət eylərəm parlamanlara,
Bir yol bulub, böylə qoyma qaçqını.
Qanlı göz yaşları göllərə dönüb,
Yazıqdı, incidib söymə qaçqını.

Yandırır aləmi qaçqının günü,
Öyündə tapılmır bir ponza unu.
Zəlalət çoxalır, unudur dini,
Təqsirkar eyləyib döymə qaçqını.

Kim cavab verəcək bu qaçqınlara?
Hamı hörmət edir dövlətə, vara,
Bir üzü möhtacdır, bir üzü qara,
Alıb dərisini soyma qaçqının.

Varrı olan öz varıynan ucalar,
Yaqub da danışar, dildən bac alar.
Yoxsul oğlan iyirmi beşdən qocalar,
Gəncə mahalında əymə qaçqını.