Qafqaz dağlarına
Görünüş
| Qafqaz dağlarına Müəllif: Almas İldırım |
Ülküdaşım Leylaya
Qanadım yox, uçub gəlsəm yaxana,
Sinəndəki şahinlərə eş olsam.
Ya da məğrur bir qartalin qonduğu
Köksündə bir əsirdidə daş olsam...
Göy bir bulud оlub səndə gərilsəm,
Torpaq olub ayağına sərilsəm,
Bir gül olub sənin üçün dərilsəm,
Ya оvçunun şikarı bir quş olsam...
Baхıb dursam uzaq-uzaq izlərə,
Qulaq versəm səni anan sözlərə,
Həsrətinlə buludlanan gözlərə,
Səndən axan bir damlacıq yaş olsam...