Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/31

Vikimənbə saytından
(Qalamaqdadı səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

QALAMAQDADI

Yenə qəm ləşkəri hücum gətirib,
Sinəmi eşq odu qalamaqdadı.
Hərə bir tərəfdən qılınc götürüb,
Könlümün evini talamaqdadı.

Anlamışam bu fələyin fəndini,
Ömrümün arxının sökür bəndini.
Çinləyib əlində qəm kəməndini,
Atıb gərdənimə dolamaqdadır.

Çalışır insanı sala fəndinə,
İnanmıram müxənnətin andına.
Qoyub Abdullanı qəm sapandına,
Atacaqdı bir gün bulamaqdadı.

NİŞANASI

Duman, çiskin qalxdı ərşi-səmaya,
Görünmür gözümə dağ nişanası,
Əcəl gəlib, ömür gedib fənaya,
Yoxdur bu yerlərdə ağ nişanası.

31