Məzmuna keç

Qaldım (İsoy Qurbanov)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qaldım
Müəllif: İsoy Qurbanov


Gəl sənə söyləyim əmoğlu Qasım,
Bilmirəm ki, niyə namuraz qaldım.
Geri yanda yoxdur başı papaqlım,
Bilmirəm ki, niyə namuraz qaldım.

Yekələ Lətifim, ola bir yekə,
Bir papaqlım yoxdu kartofu əkə.
Qoymayın Lətifi isdilik çəkə,
Bilmirəm ki, niyə namuraz qaldım.

Əhdim budur çınqılları seyliyəm,
Oylaq gəzib, öz ovumu ovluyam.
İstərdim Lətifə sünnət eyliyəm,
Bilmirəm ki, niyə namuraz qaldım.

Bu sözləri deyən Yetim İsoydu,
Lətif yada düşdü ciyərim oydu...
Ağam Cənab Əli mənə bir hoydu,
Bilmirəm ki, niyə namuraz qaldım.

Mənbə

[redaktə]