Qan ağla, ey gözüm, yenә fәsli-bahar olur

Vikimənbə saytından
Jump to navigation Jump to search
Qan ağla, ey gözüm, yenә fәsli-bahar olur
Müəllif: Hacı ağa Fəqir Ordubadi

Qan ağla, ey gözüm, yenә fәsli-bahar olur,
Bülbül bahar olanda işi ahü zar olur.
Gül mövsümündә naleyi-bülbül әbәs deyil,
Fәsli-xәzanı yadә salır, biqәrar olur.
Baği-cahanda qönçәni neylim olur bir ay,
Xarı çәkir kәnarına, bietibar olur.
Novrәs cavanların qәdidir ziri-xakdә,
Eylәr nömüvv sәrv lәbi-cuybar olur.
Baxsan bәsirәt ilә әgәr zülfi-sünbülә,
Müşkül sәnә ki, bir neçәsi aşikar olur.
Sünbül deyil çәmәndәki, susәn deyil, nәdir,
Yarın şikәnci-zülfüdü yerdәn kәnar olur.
Topraqdәn çıxan xәti-sәbzi-nigardır,
Reyhan odur ki, üzdә hәmişә qubar olur.
Gülşәndә bülbülә dedilәr:--Badә nuş bad!
Verdi cavab ki, axırı rәnci-xumar olur.
İbrәtlә bax qızıl gülә, gör çәrxi-kәcmәdar
Әvvәl onu әziz edәr, axır nә xar olur.
Gәh qönçә pәrdәsindә qoyar, bağrı qan edәr,
Gahi çәkәr gülabın atar, tarmar olur.
Lalә deyil çıxıb qızaran Bisütundә,
Fәrhad qәlbidir ki, hәr il dağdar olur.
Çәşmin vurar şükufә, әgәrçi beş-altı gün
Axır fәlәk qәbasin alır uri-ar olur.
Böylә xәyal etmә çәmәndә bәnәfşәdir,
Nakam әruslar qaşıdır vәsmәdar olur.
Dünya birini ağladıban, güldürür birin,
Әbrin sirişki xәndәgәhi-lalәzar olur.
Tәrk etgilәn bu dәhri-dәni pirә zalını,
Hәr gün bir ayrı şövhәrә çün ixtiyar olur.
Bietibardır bu köhәn çәrxi-bibina,
Aqil kişi nә yatmış olur, huşyar olur.
Çoxları tәrk edibdi fәlәk, yox nişanәsi,
İnsan üçün onun әmәli yadigar olur.
Bәhram Guri gör necә gurә çәkib fәlәk,
Rubahi-çәrxә şir olan axır şikar olur.
Bizdәn sora o qәdr baharü xәzan gәlir,
Hәr il şübatü azәrü neysan әyar olur.
Badi-sәba keçәr, sora badi-şimal әsәr,
Daim bu ordu rüusi-şәhrü xar olur.
Biz görmәdik, görәn görәcәkdir zәmanәni,
Gәh yaz olanda gül olu, gәh qışda qar olur
Kәsranı get Mәdainә al Tağdәn xәbәr,
Taci-Kәyan qoyan yenә dәfni-mәzar olur.
İskәndәriyyә şәhrinә get, gör Skәndәri,
Biçarә o cәlal ilә gör nә fikar olur.
Çoxları çәkdi tәxteyi-tabutә tәxtdәn,
Cümlә şәhәnşәhin yeri ol qәbri-dar olur.
Ey nәfsi-şum, axır olubdur nәdir bu cәhd,
Vizrü vәbalı boynuna yığma ki, bar olur.
Beş gündәn ötrü dövlәtü malü imarәti
Gәl istәmә, gedәndә ki, bir intizar olur.
Fitnә dolub cәhanә, xәlayiq olub şәrir,
Yoxdur cahanda xeyir, әcәb ruzigar olur.
Mәrdüm bulur halalı hәramü hәramı pak,
Nahaq şәhadәt onlara daim şüar olur.
İmanların satarla çilov, çayü qәhvәyә,
Çoxdur bu şәxs yarlәri yadxar olur.
Şәri-nәbi qiyamini eylәrlә mәsxәrә,
Hәr yerdә әmrü nәhy ola, onlar fәrar olur.
Ya rәb, Әliyyü ali-Әli hörmәtinә sәn
Fәryadә yet o gündә ki, ruzi-şümar olur.
Artır mәnә nәbiyyü vәlinin mәhәbbәtin,
Gәr böylә olsa, nәxli-ümidimdә bar olur.
Fәryadıma Әlini o gündә yetir mәnim,
Ruhum gedәr, bәdәn qalı biqәmküsar olur.
Yarü rәfiqü qövmü bәradәr qoyar gedәr
Әndamımı sıxar, mәnә çün qәbr dar olur.
Ey dil, ötürmә damәni-ali-Mәhәmmәdi,
Qәm etmә, yavәrin, şәhi-Düldül-sәvar olur.
Artır, Fәqir, dildә Әlinin mәhәbbәtin,
Hәr kәs qulam ola o şahә, tacdar olur.