Qara tellər

Vikimənbə saytından
Qara tellər
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qara tellər, qara tellər,
Şəvə kimi qara tellər.
Qıvrılanda qara tellər
Yar könlümü qarət eylər.

Qara tellər, qara tellər,
Yar könlümü qarət eylər.

Qara gözlər, qara gözlər,
Qapqaradır qara gözlər.
Cilvələnib şux baxanda,
Qara gözlər kimi gözlər?

Mən aşiqəm, ağ barama,
Qıvrım telli, çox darama.
Sənin ki könlün məndədir,
Özgəsini gəl, arama!

Mənbə[redaktə]

  • El Çələngi. Bakı,2004, səh.105.