Qarabağnamə
Qarabağnamə Müəllif: Mirzə Adıgözəl bəy |
Həmçinin baxın: Haqqında • "Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. 7-116 |
...[1] (Qarabağ mahalında Rusiya hakimiyyəti bərpa olandan bir qədər sonra) buraya təyin olunan hakimlərdən biri də... general Kolyubakinin oğlu cənab podpolkovnik Mixail Petroviç idi. Onun keçmiş hadisələri bilməyə həmişə həvəsi vardı. Podpolkovnik xüsusilə Qarabağ xanlarının və (Şuşa) şəhərini bina edən şəxsin əhvalatını öyrənmək istəyirdi. Buna görə, məndən - kapitan Mirzə Adıgözəl bəydən xahiş etdi ki, bu əhvalatı qısa və müxtəsər bir surətdə bəyan edim. Çünki, mən bundan əvvəl keçmiş Gürcüstan sərdar və əmirlərinin hüzurunda xidmət etmişdim, bir-birindən fərqli olan dilləri və müxtəlif ləhcələri bilirdim. Mən bu əhvalatın bir hissəsini erməni, bir qismini də gürcü və müsəlmanların yaşlı adamlarından soruşub öyrənmiş və çoxlu məlumat yığmışdım. Buna görə, o böyük cənabın əmrinə itaət edərək, işə başladım. Mirzə Hüseyn Məmmədağa oğlu Salari təxəllüsdən xahiş etdim ki, mənim söylədiklərimin hamısını eynən gözəl bir ifadə ilə yazsın. Ümid edirəm ki, (tarixə aid) bu müxtəsər hekayət və bu nöqsanlı rəvayət... Xalqın ürəyinin aynasına səfa verər, xas adamların və avam camaatın bəsirət gözünün sürməsi olar. Bu cüzi məlumat bir müqəddiməyə və bir neçə fəslə bölündü.
BU TARİX KİTABININ HANSI İLDƏ YAZILMASI
HAQQINDADIRƏsrlər, illər və aylar keçdi, hicri tarix 1261-ci ilə[2], rus tarixi isə 1845-ci ilə çatdı...
(Bu ildə həmin əsəri yazmağa başladıq.)
- Birinci fəsil
- İkinci fəsil
- Üçüncü fəsil
- Dördüncü fəsil
- Beşinci fəsil
- Altıncı fəsil
- Yeddinci fəsil
- Səkkizinci fəsil
- Doqquzuncu fəsil
- Onuncu fəsil
- On birinci fəsil
- On ikinci fəsil
- Sonuncu fəsil