Məzmuna keç

Qitə 10 - Ey ki, əndişeyi-mal ilə sərasimə olub

Vikimənbə saytından
Ey ki, əndişeyi-mal ilə sərasimə olub Qitələr (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı



Ey ki, əndişeyi-mal ilə sərasimə olub,

Dünü gün dəhrdə aşüftə keçər əhvalın.

Cəm’i-mal eylədigin rahət üçündür, əmma

Rahətin əksik olur, hər necə artar malın.

Malı çox etmə, həzər eylə əzabından kim,

Rənci artar, ağır olduqca yükü həmmalın.